İsraildə HƏMAS-nin hücumları nəticəsində yəhudiəsilli Jiar Davidov həlak olub. Bu barədə bu gün, 12 oktyabr tarixində Bakuplus.az Azərbaycandakı İsrail səfirliyinə istinadən məlumat verir.
“Qeyri-bərabər döyüşdə düşmənə ilk atəş açanlar arasında dağ yəhudisi, polis, 44 yaşlı Jiar Davidov da var idi. Bu gün o, adi iş növbəsindən sonra valideynlərinin, sevimli həyat yoldaşının və dörd övladının yanına qayıda bilmədi”, – paylaşımda deyilir.
Davidovlar 1989-cu ildə Xaçmazdan İsrailə köçüblər. Jiar Davidov döyüş bölmələrində xidmət etdikdən sonra hərbi xidmətini MAGAV-də davam etdirib. O, iki universitetinin – Təl-Əviv və Ben-Qurion universitetlərinin məzunu olub.
Azərbaycanda doğulmuş İsrail qəhrəmanı
● 7 oktyabr 2023-cü il yəhudi dövlətinin tarixində ən faciəli günlərdən biridir. Müdafiəsiz mülki əhali və İsrailin cənubundakı sərhəd zonasına gələn qonaqlar o gün qəfildən amansız terrorçuların atəşi altında qaldılar. Bu qeyri-bərabər… pic.twitter.com/GitCRhf4qT
— Israel in Azerbaijan (@IsraelinAZ) October 11, 2023