Azərbaycanda istilik mövsümü artırıla bilər. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Azəristiliktəchizat”ın sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin sözlərinə görə, vətəndaşlardan və təhsil müəssisələrindən kifayət qədər müraciət olub. Buna görə də istilik mövsümü 1 ay uzadıla bilər.
Təklif olunur ki, istilik mövsümü 1 noyabr tarixində başlasın, 1 may tarixində bitsin. Daha öncə mövsüm 15 noyabr tarixində başlayıb 15 aprel tarixində bitirdi.
Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək.