top
Azərbaycanda “Kərimə” dövləti yaratmaq istəyən şəxslərin məhkəməsi başlayır
29 sentyabr 2023, 02:19
- ↺ +

Azərbaycanda “Kərimə” dövləti yaratmaq istəyən şəxslərin məhkəməsi başlayır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunmuş vətəndaşların məhkəməsi başlayır. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə aparılır. Hazırlıq iclası zamanı təqsirləndirilən şəxslərin vəkilləri işlə tanış olmaq üçün vaxt istəyiblər. Bu səbəbdən məhkəmə prosesi oktyabrın 5-də davam edəcək.

Cari ilin aprel ayında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşları tərəfindən İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən pul müqabilində və dini təbliğat nəticəsində qulluğa cəlb edilmiş şəxslər tərəfindən törədilməsi planlaşdırılan cinayətlərin qarşısının alınması istiqamətində birgə xüsusi kompleks tədbirlər həyata keçirilib.

İstintaq zamanı məlum olub ki, İranda yaşayan və İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu əməkdaşlığa cəlb edərək Azərbaycan ərazisində silahlı iğtişaşlar yaratmaq üçün “müqavimətçi dəstə” yaratmağı tapşırıblar. Dəstə ölkənin konstitusiya quruluşunu zorla dəyişdirmək və şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətini yaratmaq məqsədilə yaradılıb.

Arif Cümşüdov göstəriş əsasında dini radikalizmi təbliğ edən tanışlarını – Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu plana cəlb edib.

O, evində mütəmadi olaraq gizli görüşlər təşkil edərək, Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini adıçəkilən şəxslərə çatdırıb. Qrup üzvləri də öz növbəsində əməkdaşlığa yeni insanları cəlb etməyə çalışıb və bu barədə Axundzadəyə məlumat veriblər.

Bundan əlavə, Axundzadə Bakı sakini Anar İsayevi əməkdaşlığa cəlb etmiş, həmçinin ona Azərbaycan ərazisində silahlı iğtişaşlar yaratmaq, ölkənin konstitusiya quruluşunu zorla dəyişdirmək və bu məqsədlə “müqavimətçi dəstə” yaratmağı tapşırmışdı. Bunun müqabilində o, külli miqdarda pul, silah və hərtərəfli dəstək vəd edib, həmçinin İsayevi koordinasiya və birgə fəaliyyət üçün Cümşüdova təqdim edib.

Həmin şəxslər cəmiyyətdə dindar kimi mövqe tutaraq sosial şəbəkələrdə, insanların çox olduğu yerlərdə dini radikalizmi və İranı təbliğ edib, Azərbaycanda dini tolerantlıq ənənələrinin pozulması ilə bağlı xaricdən alınan göstərişləri yerinə yetiriblər.

Bundan başqa, qrup üzvləri məqsədyönlü şəkildə İrandan gətirilən narkotik vasitələrin satışını təşkil ediblər və əldə edilən külli miqdarda vəsait Azərbaycanda dini radikalizmin təbliği və digər təxribat xarakterli işlərə xərclənib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Oxşar xəbərlər