20 sentyabr 1994-cü ildə Bakıda Gülüstan sarayında “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılıb.
20 sentyabr 1994-cü il milli neft sənayesi tarixinin ən parlaq səhifəsi oldu. Təsadüfi deyil ki, sonralar Prezident Heydər Əliyev öz fərmanı ilə bu tarixi “Neftçilər Günü” kimi əbədiləşdirdi.