Bu həftənin şənbə günü Azərbaycanda “sükut günü” olacaq.
Report xəbər verir ki, Milli Məclisə seçkilərlə əlaqədar 31 avqust – şənbə günü təşviqat aparıla bilməz.
Seçki Məcəlləsində əsasən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 9 avqust 2024-cü ildə başlanılıb və bu proses 31 avqust saat 08:00-da dayandırılmalıdır.
Həmin günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.