Azərbaycanda velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Şehiriçi yollar - Bisiklet yolları” standartının əsasında “Şəhərdaxili yollar – Velosiped yolları” dövlət standartını qəbul edib.
Dövlət standartı “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və institut onu qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.