Azərbaycanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Bu haqda bu gün, 30 mart tarixində Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə agentliyin tabeliyinə verilib.
Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. Daha öncə o, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri idi.