Prezident yeni agentliyin yaradılması ilə bağlı göstəriş verib
Prezidentin rəsmi saytı xəbər verir ki, İlham Əliyev "Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.
Yeni yaradılan Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin balansında olan dövlət əmlakı Agentliyin balansınaveriləcək.