Azərbaycan 3 yeni peşə bayramı qeyd ediləcək.
Bakuplus.az Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Həmin peşə bayramları aşağıdakı kimidir:
- 23 avqust - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin əməkdaşlarının peşə bayramı;
- 26 sentyabr - Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı;
- 16 mart - Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı.
Bundan əlavə, sənədə əsasən, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 2997 nömrəli Sərəncamı ləğv edilib.