Azərbaycan dəmir pul nişanı yenilənmiş formada tədavülə buraxılıb. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az Mərkəzi Banka istinadən xəbər verir.
Yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub. Digər elementlər dəyişməz olaraq qalıb.
“Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq, dövriyyədə olacaqdır”, - deyə paylaşımda qeyd olunub.