Azərbaycan və Bəhreyn arasında birbaşa aviareyslər açılır. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
İlkin olaraq uçuşlar həftədə 1 dəfə - cümə axşamı yerinə yetiriləcək. İyul ayından etibarən isə bazar günləri olacaq daha bir reys əlavə olunacaq.
Aviareyslər 1 iyun tarixindən etibarən həyata keçiriləcək.