Azərbaycanla Küveyt arasında birbaşa aviareyslər açılır. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Bakı - Əl-Küveyt - Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə bazar ertəsi olacaq daha bir reys əlavə olunacaq.
Aviareyslər 22 aprel tarixindən etibarən başlayacaq.