“Azərbaycan” kinostudiyasının rəhbərləri vəzifələrini tərk ediblər. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifələrindən azad ediliblər. Hər 2 şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.
Onların hansı səbəbdən bu addımı atdıqları məlum deyil.