Türkiyədə zəlzələ bölgəsində çalışan FHN işçilərinin bəziləri Bakıya qayıdıblar. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
FHN-in çevik xilasetmə qüvvələrinin bir hissəsi bir neçə saat öncə Heydər Əliyev adına Hava Limanına eniş edib. Onları Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılması üçün qardaş ölkəyə 760 nəfər canlı qüvvə göndərilmişdir. Onlardan 234-ü artıq Vətənə qayıdıb.