“Azəriqaz” İB bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az qurumun mətbuat xidmətinə istinadən məlumat verir.
Xəzər və Qaradağ xidmət sahələrində 8 və 9 noyabr saat 10:00-dan 14:00-a qədər, 10-12 noyabr saat 10:00-dan 17:00-dək, həmçinin “ASAN Kommunal” mərkəzlərində 11 noyabr tarixindən vətəndaşlara xidmət göstəriləcək.
Həmçinin qurumun 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək. Yaranan hər hansı problem zamanı abonentlər 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı WhatsApp nömrəsinə yazmaqla məlumat verə bilərlər.