Bakıda “Azərsu” ASC-nin əməkdaşını odlu silahla təhdid ediblər. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
28 may qəsəbəsinin Paralellər adlanan küçəsində “Azərsu”-nun əməkdaşları Zülfüqar Mehdiyevə məxsus evin həyətində su çəninin dolub-daşdığını və israfçılığa səbəb olduğunu görüblər. Buna irad bildirən əməkdaşlar ov tüfəngi ilə təhdid olunublar. Daha sonra Z.Mehdiyev polisə zəng edərək ona təzyiq olunduğunu bildirib.
Faktla bağlı araşdırmalar davam edir.