“İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsi keçmiş deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovu istifadə etdiyi su pulunu ödəmədiyi üçün məhkəməyə verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az “Azərsu”ya istinadən məlumat verir.
Qurumdan bildirildi ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Ona xəbərdarlıq olunsa da, borcu ödəməyib.
Mirələmov Nəsimi rayonunda qeydiyyatda olduğuna görə bu rayonun məhkəməsinə müraciət ünvanlanıb.