Bakıda daha bir yolda təmir işlərinə başlanılır. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Azadlıq prospektinin Cəfər Xəndan və Mixail Kaveroçkin küçələri arasında olan hissəsində təmir işlərinə başlanılacaq. Bununla bağlı sözügedən hissədə avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulacaq.
Təmir işləri 31 may saat 08:00-dan etibarən start götürəcək.