“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Təl-Əviv marşrutu üzrə uçuşların sayını artıracaq. Bu haqda bu gün, 29 mart tarixində şirkətin mətbuat xidməti məlumat verib.
Hazırda Bakı-Tel-Əviv-Bakı istiqaməti üzrə həftədə iki dəfə - cümə axşamı və bazar günləri uçuşlar həyata keçirilir. May ayından etibarən uçuşların sayı həftədə beş dəfəyədək artırılacaq.
Bu günlərdə AZAL-ın nümayəndələri Tel-Əvivdə keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” sərgisində (International Mediterranean Tourism market - IMTM 2022) iştirak edir.