“Azərbaycan Hava Yolları” Bakı-Moskva reysini həyata keçirən təyyarənin uçuş marşrutunu dəyişib. Bu haqda bu gün, 24 fevral tarixində aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bu qərar Rusiyanın NOTAM hava məkanının müəyyən ərazilərində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.
Aviaşirkət Qazaxıstan ərazisindən Bakı-Moskva-Bakı reysi həyata keçirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Təxmini uçuş müddəti 3 saat 20 dəqiqədir.