Hava daşımalarına artan tələbatla əlaqədar AZAL Bakı-Naxçıvan-Bakı marşrutu ilə səfər etməyi planlaşdıran sərnişinlərə uçuş tarixindən əvvəl aviabilet almağı tövsiyə edir. Aviaşirkət “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytında aviabiletlərin alınması ilə bağlı ətraflı məlumatların yer aldığı videotəlimat hazırlayıb. Bu haqda bu gün, 8 iyul tarixində aviaşirkətə istinadən Bakuplus.az məlumat verir.
Həmçinin hər hansı sualı yaranaт sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı və ya +994(55) 204 65 54 nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.