AZAL aviaşirkəti dünəndən etibarən ölkədə əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşları təxirə salınan sərnişinlərin daşınması üçün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys təşkil edib. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verir.
Aviaşirkətin J2-2153 reysini yerinə yetirən təyyarəsi göyərtəsində əvvəllər gecikmiş iki reysin sərnişinləri ilə saat 12:37-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana uçub.
"Gecikmiş reyslərin bütün sərnişinləri Naxçıvana uçublar. Bu istiqamətdə uçuşlar əsas cədvələ uyğun olaraq davam edir", - aviaşirkətin məlumatında deyilir.