“Azərbaycan Hava Yolları” QSC (AZAL) Pekin uçuşlarına xüsusi təklif təqdim edib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az aviaşirkətə istinadən xəbər verir.
Təklif bu gündən etibarən mayın 31-dək qüvvədə olacaq. Alınan biletlər vasitəsilə mayın 17-dən 31-nə qədər səyahət etmək mümkündür.
Gediş-dönüş – 391 ABŞ dollarından.
Gediş-dönüş – 398 ABŞ dollarından başlayır.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.