“Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul uçuşlarına xüsusi təklif təqdim edib. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Təklif bu gündən etibarən oktyabrın 19-dək davam edəcək. Alınan biletlər vasitəsilə 1 noyabr 2023-cü ildən 30 mart 2024-cü ilə qədər (bayram günləri istisna olmaqla) səyahət etmək mümkündür.
Bakı-İstanbul-Bakı marşrutu üçün biletlərin qiyməti 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üçün isə 226 dollardan başlayır.
Biletləri azal.az saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.