“AZAL” yeni kampaniyaya start verir. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az aviaşirkətə istinadən xəbər verir.
Bayram günləri ilə əlaqədar Azərbaycan Hava Yolları bir çox aviareyslərə 20% endirim təqdim edir. Aksiya çarter, kod-şerinq və Təl-Əviv reysləri istisna olmaqla, AZAL-ın bütün reyslərinə şamil edilir.
Endirimli aviabiletləri 28 iyun - 2 iyul tarixləri aralığında əldə etmək mümkündür. Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin callcenter@azal.az elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək olar.