“Azərbaycan Hava Yolları”na yeni təyinat olub. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri təyin olunub. O, daha öncə “Azərbaycan Hava Yolları”nda Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.
Ə.Baxışov ölkənin bir sıra kommersiya banklarında çalışıb. Belə ki, o, “Unibank” ASC-nin baş hüquq və komplayens inzibatçısı, “Accessbank” ASC-də icraçı direktor olub.