“Azərbaycan Hava Yolları” QSC (AZAL) Buxarest və Sofiya uçuşlarına xüsusi təklif elan edib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.
Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 3 iyun - 25 oktyabr tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
İyunun 3-dən Buxarest:
– Birtərəfli bilet – 99 avro;
– Gediş-gəliş bileti – 169 avro.
İyunun 7-dən Sofiya:
– Birtərəfli bilet – 99 avro;
– Gediş-gəliş bileti – 169 avro.
Qiymətlər bu gündən iyunun 5-nə qədər etibarlıdır. Aviabiletləri azal.az saytından əldə etmək mümkündür.