"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Artıq sərnişinlər 24 saat əvvəl deyil, 48 saat əvvəl qeydiyyatdan keçə bilərlər.
Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir.
Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin azal.az rəsmi saytına daxil olmalıdırlar.