“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az AZAL-ə istinadən xəbər verir.
AZAL, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq, sərnişinlərə biletin öncədən əldə edilməsini tövsiyə edir. Hazırda aviaşirkət uçuşların sayını gündə 10 reysə qədər artırıb.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından və ya AZAL-in kassalarından əldə etmək mümkündür.