AZAL İsrailə uçan sərnişinləri üçün biletləri qaytarmağa icazə verir. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az aviaşirkətə istinadən xəbər verir.
Belə ki, 7 oktyabr tarixinə qədər alınan və uçuş tarixi 1 noyabra qədər olan Bakı - Təl-Əviv reysinə biletlərin geri qaytarılmasına və ya istənilən digər tarixə keçirilməsinə icazə verilir. Sözügedən icazə 30 noyabr 2023-cü il tarixinə qədər qüvvədə olacaq.
Cədvəldə hər hansı dəyişiklik və ya yenilik olduqda sərnişinlərə dərhal məlumat veriləcək.