AZAL-in adından istifadə edilərək dələduzluq edilir. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Bildirilir ki, son zamanlar sosial şəbəkələrdə AZAL-in adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur. Kibercinayətkarlar QSC-nin adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.
"Azərbaycan Hava Yolları" QSC ictimaiyyəti ayıq olmağa və saxta kampaniyalara inanmamağa çağırır. AZAL-in fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə etmək mümkündür.