top
“Azdrama”da yenə yaşlı əməkdaşlar işdən qovulur – İDDİA
07 noyabr 2023, 07:36
- ↺ +

“Azdrama”da yenə yaşlı əməkdaşlar işdən qovulur – İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup işçiləri ilə sağollaşır. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.

Teatrşünas Çingiz Ələsgərlidən əldə olunan məlumata görə, əməkdaşların işdən çıxarılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib.

"Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər: “Qocalmısınız, daha bəsdir, icazə verin yerinizə cavanlar gəlsin". Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə məni otağına çağırıb bildirdi ki, Mədəniyyət naziri Adil Kərimli teatra məktub göndərib. Məktubda qeyd edilib ki, yaşlı əməkdaşlar teatrdan çıxarılsın, yerinə cavanlar götürülsün. Mehriban xanım dedi: “Sizinlə işləmək istərdim, amma nazirin göstərişi var, heç nə edə bilmərəm”.

Musiqi hissə müdiri Səadət Qarabağlını çağırıb dedi ki, onunla işləmək istəmir. Məni və digər əməkdaşları işdən çıxarıblar. 45 ildir ki, mən bu sənətdəyəm, insanı birdən-birə bayıra atmazlar ki?! İndi mən işləməsəm, necə dolanacağam? Yaşlı insanların təcrübəsi var, biz cavanlara öyrədə bilərik”, – deyə Ələsgərli bildirib. O, həmçinin nazirə müraciət edəcəyini də qeyd edib.

Məsələ ilə bağlı Akademik Milli Dram Teatrından məlumat verilib ki, teatrda ədəbi hissə müdiri vəzifəsində çalışan Çingiz Ələsgərlinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb. Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

“Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda öz işini davam etdirsin”, – teatrdan qeyd edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Bu gün, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Oxşar xəbərlər