top
Azərbaycanda qiymət artımı qadağan edilə bilər?
11 oktyabr 2025, 14:34
- ↺ +

Azərbaycanda qiymət artımı qadağan edilə bilər?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə istənilən qiymət artımını qadağan edib və qərarın dərhal qüvvəyə mindiyini açıqlayıb.
O, bu addımı inflyasiyanın qarşısını almaq və bazarda sabitliyi təmin etmək məqsədilə atıb. Belə bir qanun Azərbaycanda da tətbiq oluna bilərmi?

Qlobalinfo.az-a danışan iqtisadçı Emin Qəribli hesab edir ki, bu addım ölkənin qapalı iqtisadiyyat modelinə keçidini göstərir.
Onun fikrincə, Belarusda tətbiq olunan tədbirlər müvəqqəti xarakter daşıya bilər:

"Bu, bazar iqtisadiyyatının prinsiplərinə tamamilə ziddir. Həmin tədbirlərin nə qədər uzunmüddətli olacağı və iqtisadiyyata təsiri ayrıca müzakirə mövzusudur. Azərbaycanda bəzi məhsullara, məsələn, buğda və un bazarına nəzarət tətbiq olunur. Lakin hesab edirəm ki, bütün məhsullara eyni şəkildə kəskin nəzarətin tətbiqi effektiv olmayacaq və praktik baxımdan çətinliklər yarada bilər".

E.Qəribli qeyd edib ki, iqtisadi proseslər adətən müxtəlif dövrlərə – qısamüddətli və uzunmüddətli mərhələlərə bölünür:

"Qısa müddətdə bu tədbirlər müəyyən təsir göstərə və vəziyyəti sabitləşdirə bilər. Lakin bu addım uzunmüddətli iqtisadi artımın qarşısını alan bir yanaşmadır. Qlobal miqyasda baş verən iqtisadi proseslərə nəzər yetirdikdə görürük ki, qiymət artımı davam edir və bu tendensiya iqtisadi artıma mənfi təsir göstərə bilər. Buna görə də düşünürəm ki, mövcud şəraitdə bu cür tədbirlər daha çox qısamüddətli sabitlik məqsədi daşıyır. Uzunmüddətli iqtisadi inkişaf üçün əlavə strategiyalara ehtiyac var".

İqtisadçı əlavə edib ki, ölkəmizdə ən son statistik göstəricilər istehlak qiymətlərində 5,7%, qida məhsullarında isə 7,6% artım olduğunu göstərir:
"Bu artım, təbii olaraq, sosial cəhətdən həssas qruplara birbaşa təsir edir. Lakin hesab edirəm ki, bu sahədə prioritet bazar iqtisadiyyatı prinsiplərinə verilməlidir. Çünki bazarın özünün effektiv tənzimləyici alətləri mövcuddur və onlardan istifadə olunsa, daha balanslı nəticələr əldə edilə bilər".

Bununla yanaşı, iqtisadçı düşünür ki, inkişaf etməkdə olan ölkələr inflyasiyadan müəyyən qədər qorxmamalıdırlar:

"Bəli, inflyasiyanın sosial təsirləri ola bilər, lakin müəyyən diapazonda inflyasiya iqtisadiyyatı stimullaşdıra da bilər. Təəssüf ki, bizdə çox zaman inflyasiya dərhal risk və ya təhlükə kimi qiymətləndirilir. Əslində isə inflyasiya xüsusilə hazırkı qlobal iqtisadi şəraitdə, qaçılmaz bir prosesdir. Mühüm olan bu prosesi idarə etmək və ənənəvi bazar iqtisadiyyatı çərçivəsində effektiv alətlərdən istifadə edərək onun təsirlərini minimuma endirməkdir".

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Oxşar xəbərlər