Azərbaycan Memarlıq və İnşaat Universiteti kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Təhsil ocağının Fizika və Kimya kafedrasının böyük laborantı, 55 yaşlı Aybəniz Kosayeva iş başında dünyasını dəyişib. Bildirilir ki, A.Kosayeva bu gün səhər saatlarında işə gəlib və qəfil halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
O, ürək çatışmazlığından əziyyət çəkirdi.