“Azneft” dairəsi ilə bağlı xəbərdarlıq edilib. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə yeni asfalt örtüyünün salınması səbəbindən bu gün 16:00-dan etibarən sabah günün sonuna qədər dairə bağlı olacaq.
Sürücülərdən həmin ərazidə avtomobillərdən mümkün qədər az istifadə etmələri xahiş olunur.