“Azpetrol” Zəfər Günü münasibətilə müharibə iştirakçıları və şəhid ailələrinə yardım edib. Bu haqda 5 noyabr tarixində AZƏRTAC xəbər verib.
Vətən müharibəsində iştirak etmiş 233 nəfər qazi əməkdaşa və 4 şəhid ailəsinə “Azpetrol” tərəfindən 300 manat birdəfəlik yardım olunub. Həmçinin 4 şəhid əməkdaşının ailəsinə mütəmadi olaraq hər ay 300 manat yardım edilir.