Azərbaycan Texniki Universitetinin (AzTU) baş müəllimi vəfat edib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az AzTU-nun mətbuat xidmətinə istinadən məlumat verir.
Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının baş müəllimi Cavanşir Qasımov 73 yaşında dünyasını dəyişib. O, bu vəzifədə 2003-cü ildən çalışıb.
Qasımov çoxsaylı elmi məqalə, metodik vəsait, dərs vəsaiti və fənn proqramının müəllifi olub.