Azərbaycan Texniki Universitetində (AzTU) kadr itkisi baş verib. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az təhsil ocağına istinadən xəbər verir.
Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Eldar Əfəndiyev vəfat edib.
Eldar Əfəndiyev 1969-cu ildən AzTU-nun Avtomobillər kafedrasında əmək fəaliyyətinə başlayıb, daha sonra fəaliyyətini Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasında müxtəlif vəzifələrdə davam etdirib.
60-a yaxın elmi, elmi-metodiki məqalənin müəllifi idi.