“AzTV”nin sabiq baş redaktoru dünyasını dəyişib. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Azərbaycan Televiziya və Radio Verilişləri”nin sabiq baş redaktoru Rafiq Savalan 83 yaşında vəfat edib.
Bakıda anadan olan Rafiq Savalan “AzTV”də müxbir, kiçik redaktor, böyük redaktor, siyasi icmalçı, radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.
Jurnalistin hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib. Həmçinin o, Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatı olub.