Azyaşlıların ölümü ilə nəticələnən yol qəzasının günahkarına hökm oxunub. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 34 yaşlı Abil Həsənov 8 il müddətinə azadlıqdan və 5 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Hadisə ötən ilin dekabr ayında baş vermişdi. Xəzər rayonu, Türkan qəsəbəsində ağır yola qəzası zamanı 2 azyaşlı qız ölmüşdü.