“AZZA” mağazalarının birində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 3 mart tarixində Bakusplus.az Lent.az-a istinadən xəbər verir.
Paytaxtın Sabunçu rayonunda yerləşən şirniyyat mağazaları şəbəkəsinin filiallarından birində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmadığı və bir sıra nöqsanlara yol verildiyi məlum olub.
Məsələ ilə bağlı protokol tərtib olunub və sənədlər məhkəməyə göndərilib. Şirkət 350-500 AZN arası cərimələnə bilər.