Avqustun 20-də Baş prokuror Kamran Əliyev Xətai rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Bu barədə Bakuplus.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qəbulda iştirak edən 40 vətəndaşın müraciətində cinayət işlərinin istintaqı, cinayətlər barədə məlumatların araşdırılması zamanı qanun pozuntuları və dövlət ittihamının müdafiəsi məsələlərinin operativ həlli üçün müvafiq göstərişlər verilib.
Kamran Əliyev qəbuldan sonra prokurorluq əməkdaşlarına tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların məsuliyyət daşıdığını vurğulayıb. Həmçinin “Elektron prokurorluq” sisteminin fəaliyyəti ilə tanış olub və işin təkmilləşdirilməsi ilə bağlı təklifləri dinləyib.
[caption id="attachment_146783" align="alignnone" width="1920"]
Foto Baş Prokurorluğun Mətbuat xidmətinə[/caption]