Baş prokuror Kamran Əliyev paytaxtın Qaradağ rayonunda sakinlərlə görüş keçirəcək. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Görüş fevralın 28-də saat 10:00-da Qaradağ prokurorluğunun inzibati binasında keçiriləcək. Qəbulda sakinlər rayonun prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və şikayətlərini bildirə bilərlər.
Vətəndaşlar Baş Prokurorluğun (012) 361-14-07 nömrəli və Bakı şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, Telegram, X) vasitəsilə qəbula yazıla bilərlər.