Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək. Bu haqda bu gün. 19 avqust tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbr verir.
Görüş Səbail rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulu keçiriləcək.
“Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə də qəbula yazıla bilərlər", - deyə qurumdan bildirilib.