Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı qəfil vəfat edib. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov yaşadığı evdə ürəktutmadan dünyasını dəyişib.
R.Əhmədov 2020-ci ildən Baş Prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru vəzifəsini tuturdu.