Baş Prokurorluqda yeni təyinatlar olub. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunublar.
Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı şəhər prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən rayon prokurorluğunun böyük müstəntiqi vəzifələrində çalışıblar.