Baş Prokurorluğa yeni təyinatlar olub. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı şəhəri Nizami rayon prokurorunun müavini Günay Məmmədli Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Gülüstan Abdullayeva isə Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.
Bunlarla bağlı Baş prokuror Kamran Əliyevin müvafiq əmrlər imzalayıb.