Bakıda küçələrdən biri təmir olunur. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
16 may saat 09:00-dan etibarən paytaxtın Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq. Bununla əlaqədar hərəkət qismən məhdudlaşdırılacaq.
Həmin ərazidən keçən sürücülərdən diqqətli olmaları xahiş olunur.