Paytaxtın Xətai rayonu, Babək prospekti, Sərhədçi İdman Kompleksinin qarşısında yerüstü keçid çəkilib. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Görülən işlər çərçivəsində yolda cizgilər çəkilib və işıqfor quraşdırılmaqla hərəkət növbəliliyi təmin edilib. Nəticədə yol hərəkətinin təhlükəsizlik səviyyəsi artırılıb.