Yasamal rayonu, Badamdar qəsəbəsində təmir işləri aparılır. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Qurd qapısı”ndan Badamdara gedən istiqamətdə yolun 50 metrlik hissəsində təmir işləri ilə əlaqədar həmin yolda hərəkət istiqaməti dəyişdirilib. Belə ki, sürücülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı dairədən geriyə hərəkət edib sağa Badamdara daxil ola biləcəklər.
Təmir işlərinin 5 gün davam edəcəyi gözlənilir. Sürücülərdən diqqətli olmaları xahiş olunur.